Azərbaycanlı mütəxəssislər üçün Seulda İT sahəsində təhsil proqramı təklif olunub
Koreya Respublikasının Bilik İqtisadiyyatı Nazirliyi və Seul Milli Universiteti xarici ölkələri təmsil edən hökumət rəsmiləri və ya tədqiqatçılar üçün təhsil kursları təşkil edir. “Qlobal informasiya texnologiyaları siyasəti proqramı” mövzusunda keçirilən kursun müddəti 5 ildir (2 il magistratura + 3 il doktorantura).
XƏBƏRİN DAVAMİ VAR
Kursda iştirak etmək istəyən namizədlər ali təhsilli (bakalavr dərəcəsi) dövlət qulluqçusu olmalı və ya dövlət orqanında işləməli, tam sağlam və ingilis dilini bilməlidir. Namizədlərin seçimi müsabiqə əsasında keçiriləcək.
Qeyd edək ki, proqramı əhatə edən bütün xərclər Koreya Respublikası tərəfindən ödəniləcək (yataqxana xərcləri istisna olmaqla). Ətraflı məlumat almaq və proqramda iştirak etmək istəyən şəxslər 10 iyul 2008-ci il tarixinə kimi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji planlaşdırma və elmi potensial şöbəsinə müraciət edə və ya 598-07-36 (əlaqələndirici şəxs – Şəbnəm Məmmədova) nömrəli telefonla əlaqə saxlaya bilərlər.
Qaynaq : Mincom.gov.az
• ibrahim



