
İngiltərənin dövlət təşkilatları 1000 ədəd noutbuk itirib
İngiltərənin dövlət təşkilatlarında noutbukların mütamadi itirilməsi və oğurlanması müxtəlif fikirlər yaradır. Çox vaxt yaddaşında məxvi və vacib məlumatlar olan noutbuklar yoxa çıxır. Bu nədir: səhlənkarlıq ya sabotaj? İngiltərə polisi bütün baş verən olaylarlı ləng və cansıxıcı şəkildə araşdırır. Hətda məxvi məlumatlara şifrələnmə təşəbbüsü və məhtudlaşdırılmış giriş tətbiq olunur. Ancaq qanunvericilər fikirləşənədək, notebook-lar itməkdə davam edir.
DAVAMINA BAXIN
Biznes, sənaye və islahatların idarə olunması departamentinn təsis edildiyi 2001-ci ildən indiyədək 96 noutbuk itirilib. İngiltərənin Müdafiə Nazirliyi 2004-cü ildən bəri, hətda birinin yaddaşında 600 000 hərbi qulluqçuya aid məlumatın saxlanıldığı notebook daxi olmaqla, 347 noutbukl itirməyə bacarıb.
Səhiyyə departamenti 7 ilə 151 noutbukl itirməklə, yüksək göstərici əldə edib. 7 il ərzində 136 notebook itirmiş Ədliyyə Nazirliyi bir az geri qalır. Vergilər nazirliyi isə, tək 2007-ci ildə 45 noutbukl itirib.
Uşaqlar, Məktəb və Ailələr departamenti nəinki 84 noutbukl, hətda 2001-ci ildən bəri 4 masaüstü kompüter (görəsən necə?) itirməyə müvəffəq olub. Düzdür, bu hələ rekord deyil. İcmalar və Yerli Hökumət departamenti 2002-ci ildən bəri artıq 28 noutbukl və 5 masaüstü kompüterdən “qurtulub”. Xəzinədarlığın (2007-ci il ərzində cəmi 6 noutbukl) və Şimali İrlandiya Ofisinin (5 leptop) itkiləri lap az görsənir.
Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi və Nəqliyyat Departamenti hələki itkiləri barədə bəyan etməyiblər. Qorxurlar?



