
Gəncədə Regional Rabitə Birliyinin iclası öz işinə başlayır
DAVAMINA BAXIN
Bu gün Gəncədə Regional Rabitə Birliyinin (RRB) Elektrorabitə Operatorları Şurasının və RRB-nin Elektrorabitə üzrə komissiyasının 22/18-ci ikigünlük birgə iclası keçiriləcək. Ukrayna, Moldova, Belarus, Gürcüstan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirə "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov başçılıq edəcək.
İclasın keçirilməsində əsas məqsəd Regional Rabitə Birliyinə daxil olan ölkələrin milli operatorlarının təcrübə mübadiləsi və qarşılıqlı problemlərin həllindən ibarətdir. Tədbirdə dövlətlərarası istiqamətlərdə şəbəkələrin möhkəmliyinin və davamlığının artırılması, qarşılıqlı fəaliyyət göstərən rabitə şəbəkələrinin informasiya təhlükəsizliyi, yeni elektrorabitə xidmətlərin tətbiqinə dair təkliflər təhlil olunacaq. Həmçinin tərəflər universal xidmətin və simsiz çıxışın genişzolaqlı sistemlərinin tətbiqi, elektrorabitə operatorlarının, xidmətlərin göstərilməsi baxımından faliyyətlərinə nazarət və digər cari məsələləri müzakirə edəcəklər.



