
Avropa Komissiyası, Avropa üzərində uçuşlar yerinə yetirən təyyarə bortlarında mobil telefondan istifadə etməyə icazə verib. Bu qərar altı ay ərzində davam edən məsləhətləşmələrdən sonra qəbul olunub. Reyslər zamanı mobil telefondan istifadə olunub-olunmamağı ilə bağlı qərarı bilavasitə aviaşirkətlər qəbul edəcəklər, BBC yazır.
DAVAMINA BAXIN
Bundan əlavə, təyyarələrdə mobil rabitəni təmin etmək üçün quraşdırılacaq xüsusi avadanlığın istifadə olunması Aviasiya Təhlükəsizliyi üzrə Avropa Agentliyi ilə razılaşdırılmalıdır.
Uçuş zamanı mobil telefondan istifadəyə icazə verilərsə avialaynerlərdə “pikosot” adlı xüsusi baza stansiyaları quraşdırılacaq. Bu stansiyalar təyyarənin 3 min metrlik hündürlüyə qalxmasından sonra işə salınacaq.
Qeyd olunur ki, mobil telefondan istifadə etməyə icazə verilən ilk reyslər artıq cari ilin may ayında yerinə yetiriləcək.
Qaynaq: Mincom.gov.az



