
SecureWorks: 11 nəhəng botnet milyondan şox kompüteri nəzarətində saxlayır.
SecureWorks kompaniyası araşdırmalar şöbəsinin müdiri Co Stüart nəhəng spamer şəbəkələrinin siyahısını açıqlayıb. Kompüter təhlükəsizliyi məsələlərinə həsr olunmuş RSA konfrasında çıxış edərkən o, məruzəsində 11 botnet-şəbəkənin 1 milyondan çox kompüteri nəzarətdə saxladığını bəyan edib. Sutka ərzində onlar 100 milyarda yaxın spam-məktublar göndərirlər.
DAVAMINA BAXIN
Stüart hazırda nəhəng şəbəkələrdən biri olan Srizbinin beynəlxalq ziyankarlar tərəfindən nəzarətə alındığını qeyd edərək bildirib ki, onlar reklam göndərilməsi ilə çoxlu gəlir əldə edirlər. Srizbi gün ərzində 60 milyard məktub göndərilməsindən sorumludur. Dünya TOP-3-lüyünə daxil olan bot şəbəkələrdə ümumilikdə 600 000-dən çox internetə qoşulu kompüter və serverlər var.
Eyni zamanda məhşur Storm şəbəkəsinin 85 000 dən çox olmayan kompüterlərindən yalnız 35 000-ə yaxını spam ötürülməsinə görə cavabdehdir. SecureWorks məlumatlarına görə ikinci yerdə 185 000 kompüterlə Bobax şəbəkəsi durur. Kompüter sayına görə liderdən xeyli kiçik olmasına rəğmən sözügedən şəbəkə sutka erzində göndərilən spam sayına görə Srizbidən yalnız 9 milyard geridə qalır.



