Reklam verin!

İnformatika üzrə Ümumrespublika Olimpiadasının 2-ci mərhələsinə 13 komanda keçib

Aprel 7, 2008 15:42

Şənbə günü, aprel ayının 5-də ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının 1-ci mərhələsi keçirilib. Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan bu Olimpiada Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən birgə keçirilir.

DAVAMINI OXUYUN


4 region komandası daxil olmaqla, ölkənin 14 təhsil müəssisəsindən 33 komandanın iştirak etdiyi 1-ci seçim mərhələsində balların 30%-ni toplamış aşağıdakı 13 komanda 2-ci mərhələyə keçib:

Azərbaycan Dövlət Neft Akademiyasının 2 komandası – “ADNA 1” və “Alfa”; Qafqaz Universitetinin 4 komandası - “Qafqaz U4”, “Qafqaz Şahinləri”, Qafqaz U2” və “Qafqaz U3”;
Bakı Dövlət Universitetinin 4 komandası - “ENG 1”, “Reinstall”, “İNF 14” və “01” ;
Azərbaycan Texniki Universitetin 1 komandası - “AzTU-685”;
Bakı Özəl Türk Litseyinin 1 komandası - “Carpe diem!”;
Elitar Gimnaziyanın 1 komandası - “Deja Vu”.

Final 3 may 2008-ci il tarixində saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda (Bakı şəhəri, F.Ağayev küçəsi, 9) keçiriləcək.

Qeyd edək ki, ilk dəfə ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası ötən il keçirilib. 23 komandanın iştirak etdiyi bu Olimpiadada Qafqaz Universitetini təmsil edən komanda qalib gəlmişdir. Bu il Olimpiadaya 33 komandanın qatılması ali təhsil ocaqlarının tələbələri tərəfindən bu tədbirə və bütövlükdə informasiya texnologiyalarına artan marağın göstəricisidir.

Qaynaq: Mincom.gov.az


ibrahim.tabriz@box.az

MƏNİMLƏ ƏLAQƏ


ibrahim | Azərbaycan | Şərhlər(0) | Baxış sayı: 86| | Bookmark and Share | Tiklayin |

Açar sözlər: informatika 


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha