Reklam verin!

Spamın 15 yaşı tamam oldu

Aprel 6, 2008 15:20

Martın 31-də internet-istifadəçilər üçün xoşagəlməz spamın 15 yaşı tamam oldu. Ciddi desək, spam özü elə təxminən internetlə eyni vaxtda yaranıb. Lakin “Spam” termini məhz 15 il bundan öncə istifadə edilməyə başlanılıb.

 

DAVAMINA BAXIN


Araşdırma şirkətlərinin hesablamalarına görə poçt trafikinin 80% -dən 95%-dək məhz şübhəli əmtəənin, sayt və xidmətlərin reklamını əks etdirən zibil elektron məktublar təşkil edir.

Əvvəllər “spam” termini, çatlara, forum və elektron lövhələrə reklam xarakterli məktubların kütləvi ötürmələrini ifadə etmək üçün istifadə olunurdu. Lakin 90-cı illərin ortalarında spamın elektron ünvanlara axını başladı.

Spamhouse (spam evi) online-xidmətin informasiya təhlükəsizliyi şöbəsinin baş mütəxəssisi Riçard Koks deyir: - “Bu gün spamın elektron poçt şəbəkələrində artımı, eyni zamanda istifadəçilər üçün riskin artımı deməkdir. Spamın mövcudluğu elektron poçtdan etibarlı kommunikasiya aləti kimi istifadəni şübhə alrına alır.”

Spamhouse verdiyi məlumatlara əsasən, spamın əksəriyyəti ABŞ, Çin və Russiyadan yayılır. Xidmətdə həmçinin deyilir ki, spamın kökünü qısa müdət ərzində kəsmək olar. Lakin buna hökumətin lazımi dəstəyi vacibdir.

Statistikaya görə, dünyada 80% spama 2000 adam cavabdehdir. Mübarizəni çətinləşdirən səbəb spamerlərin spamı yayarkən öz kompüterlərindən istifadə etməməsidir.


ibrahim.tabriz@box.az

MƏNİMLƏ ƏLAQƏ


ibrahim | İnternet & komputer | Şərhlər(0) | Baxış sayı: 97| | Bookmark and Share | Tiklayin |

Açar sözlər: spam 


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha