Reklam verin!

Dövlət Radiotezliklər İdarəsinin əməkdaşları Rusiyada ixtisasartırma kursları keçəcək

Aprel 5, 2008 14:47

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin bir qrup əməkdaşı Rusiyanın Sankt-Peterburq şəhərinin M.F.Bonç Bruyeviça adına Sankt-Peterburq Dövlət Telekommunikasiyaları Universitetində ixtisasartırma kurslarında iştirak edəcəklər.

DAVAMINA BAXIN


"Tezliklərin planlaşdırılması və elektromaqnit uzlaşması" ixtisası üzrə keçiriləcək kurslar aprel ayının 7-dən 18-dək davam edəcək. M.F.Bonç Bruyeviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiyaları Universiteti – çoxkanallı telekommunikasiya sistemləri, rabitə şəbəkələri, radioyayım və televiziya, radiotexniki sistemlər, radiofizika və elektronika, videotexnika, akustika, rabitə vasitələrində proqram təminatı və texnologiya, iqtisadiyyat və menecment üzrə mütəxəssislər hazırlayan Rusiyanın ən iri ali təhsil ocağıdır.

7 000-dən çox tələbənin təhsil aldığı universitetdə 37 kafedra, 13 sahə üzrə elmi-tədqiqat laboratoriya, aspirantura bölməsi və eksperimental-istehsalat emalatxana fəaliyyət göstərir.

Qaynaq: Mincom.gov.az


ibrahim.tabriz@box.az

MƏNİMLƏ ƏLAQƏ


ibrahim | Azərbaycan | Şərhlər(0) | Baxış sayı: 92| | Bookmark and Share | Tiklayin |

Açar sözlər: dövlət 


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha