
İnsan gözünün görmə ölçüsü 1280х1024-ə bərabərləşir
BUYURUN DAVAMINI OXUYUN
Yaponiya beyin institutunun yaydığı məlumata görə, əcdadlarımızla müqayisədə yeni nəsil insanların vizual informasiyanın emalı imkanları getdikcə mədudlaşmaqdadır. İnsanların əksəriyyətinin bütün günü kompüter arxasında keçirdiklərindən real həqiqətləri fotoqrafiyalar və ən pisi videolarda gördüklərindən onların görmə sinirləri informasiyanı ekranda qurulan görüntü ayarları çərçivəsində emal etməyə uyğunlaşır.
Əksər istifadəçilərin ekran video görüntü ayarları 1280х102 ölçüsündədir. Nəticə olaraq beyin şəkilləri məhz bu olçü olaraq emal etməyə başlayır. Egər belə bir insan təbiətə çixaraq real həyata baxarsa, beyini çətinlik çəkir. Misal üçün yerə tökülmüş yarpaqlar və ya çəmənlikdəki otlar görmə siniri kanalında yüklənmələr yaradır. Nəticədə insanlar küçəyə çıxarkən daha tez-tez baş ağrılarından əziyyət çəkməli olurlar. Səbəb insanların kompüter arxasında daha çox vaxt keçirmələrindədir.
Məlumdur ki, televiziya siqnalının xətt sayı daha azdır. Bu səbəbdən filmlərə baxış görmə sinirini daha çox deqradasiyaya uğradır. Yapon alimləri hesab edirlər ki, əgər insanlar həyat tərzlərini dəyişməzlərsə, yaxın gələcəkdə bəşəriyyət şəkilləri yalnız monitorlar və televizorlardan görə biləcək. Hesabatda nikbin faktlar da var. Alimlər hesab edirlər ki, HDTV televiziyasının yaranması görmənin pisləşməsinin qarşısını alacaq. Bundan əlavə, monitorların getdikcə azalan qiymətləri alıcılara daha yüksək görüntü parametrli monitorlar əldə etmək imkanı yaradır. Bu da öz növbəsində onlara öz beyinlərini məşq etdirərək dağlara səyahət, meşədə gəzinti və ya muzeydə tamaşa kimi daha böyük yüklənmələrlə hazırlamağa kömək edir.



