
Əkizlər haqqında möcüzəvi hadisə
BUYURUN DAVAMIN OXUYUN
Əkizlər haqqında olan faktlar həmişə insanları heyrətləndirir. Ohayo ştatında olan 2 əkiz qardaşların da həyatı belədi.
Hələ 2-3 həftəlik olarkən onların valideyinləri həlak olurlar.Qardaşlar 2 ayrı ailə tərəfindən oğulluğa götürülür.Elə qeyri adi hadisələrin gedişi də burdan başlayır...Bir birlərindən xəbərsiz olan ailələr uşaqların adını eyni -Djeyms qoyurlar.Uşaqlar böyüyür,hər ikisi hüquqi təhsil alır,hər ikisi yaxşı rəsm çəkir və dülgərliyi bacarırdılar.Evlənirlər.Hər iki qardaşın oğlu dünyaya gəlir və bir qardaş uşağın adını Djeyms Alan, digəri isə Djeyms Allan qoyur.Hər ikisidə həyat yoldaşından ayrılır.Hər iki qardaşın itinin adı Toy idi.Və bu siyahı hələ çox davam edir.Qardaşlar bir birlərinin varlığından 40 yaşlarında xəbər tuturlar.Təsəvvür edin ki,onlar bir birlərinə həyatlarını danışanda nə baş verir.
Həyatın sınaqları ilə üz üzə qalaraq bir birindən ayrı düşən qardaşlar eyni həyatı yaşamışlar.




