
White Hat Security araşdırmalar şikətinin verdiyi son məlumatlara əsasən, internet məkanında hər 10 saytdan 9-da bu və ya digər zəif cəhət mövcuddur. Hesabatda deyilir ki, müxtəlif veb-layihələri təhlili zamanı orta-hesabla əsas 7 zəif cəhətlər açkar olunub. Mütəxəssislərin sözlərinə görə, məlumatların qorunması üçün proqram məhsulları və qurğu vasitələrinin bazarda olmasına baxmayaraq, istifadəçilər və sayt sahibləri təhlükəsizlik problemlərinə yenə də biganə yanaşırlar.
DAVAMİ VAR BUYURUN
White Hat Security şirkətində, ziyanvericilərin əməlləri nəticəsində biznessin küllü miqdarda ziyana düşməsi, istifadəçilərin isə məlumatlarını ziyankarlarla “bölüşümələri” qeyd olunur. Ötən ilki kimi, bu il də daha çox zəifliklər aşkar olunan XSS (Cross-Site Scripting) oldu. Bu problem saytların 70%-də mövcud ola bilər. Populyarlığına görə növbəti zəiflik xidməti məlumatların itkisi ilə bağlıdır. Bu növ zəifliklər baş verən halların 45%-i təşkil edir. Baş verən halların təxminən 25%-də spamer hücümlarından qorunmanın düzgün olmaması ilə bağlı zəifliklər qeydə alınıb. Həmçinin ilk beşliyə tərkibində məxvi məlumatlar saxlayan açıq səhifələr, SQL-inyeksiyalar, saytların müxtəlif hissələrinə daxil olma hüquqlarının yalnış paylanması (ayrılması), saytın işinə cavab verən və fayylar yerləşən bütün qovluqlara (həmçinin xidməti) və axtarış cədvəllərinə azad giriş kimi zəifliklər daxil olub.



