
Vikipediya onmilyonluq həddi aşaraq 3 milyon dollar əldə edib
BUYURUN DAVAMİN OXUYUN
Ötən həftə Vikipediyanın bütün versiyalarında olan məqalələrin ümumi sayı 10 milyona çatıb. Hazırda Vikipediyanın açıq ensiklopediyasında 225 müxtəlif dildə bölmələr mövcuddur. Bu bölmələrdə, üzərində 4 492 administrator çalışan 10 milyondan çox məqalə və 11 milyondan çox qeydiyyatdan keçmiş istifadəçi saxlanılır.
Bu günlərdə, Vikipediyanı idarə edən Wikimedia Foundation qeyri-ticari təşkilatı, Alfred P.Sloun fondu tərəfindən 3 milyon dollar məbləğində ianə aldığını bəyan edib. İanə üç il ərzində hissə-hissə ödəniləcək.



