
Yarışmada finala qalan üç namizəddən biri olan 19 yaşlı Rəfi Naabzadə qələbə qazanaraq ölkənin yeni siması oldu
DAVAMİNA BAXİN
QayNar : Paytaxt Kabulda sıx şəkildə qorunan lüks bir oteldə həyata keçirilən yarışma, şiddətli olayların hər gün daha da gücləndiyi ölkədə yeni bir həyəcana səbəb oldu.
Təqribən 300 min izləyicinin göndərdiyi SMS-lər vasitəsilə qalibin müəyyənləşdirildiyi yarışmada, Naabzadə digər kişi namizəd Hameed Saxizadə və qadın iştirakçı Lima Saharı qabaqlayaraq birinciliyə sahib oldu.
Proqram, Əfqanıstanda böyük sensasiyaya yol açdı. Ölkə əhalisinin üçdə biri yarışmanı izlədi və yarışmada iştirak etmək üçün 2 min Əfqanıstan gənci müraciət etsə də, onlardan sadəcə 20 nəfəri seçilmişdi.
Ölkədəki mühafizəkar toplum isə, ilk üçlükdə qadın müğənninin seçilməsinə çox sərt münasibət göstərmiş, nəticədə isə şiddətli olayların yaşanacağından qorxulmuşdu. Lima Sahar isə, heç bir təhdidə məruz qalmadığını söyləmiş, bundan başqa böyük bir heyran kütləsi qazanmışdı.
Yarışmadan sonra açıqlama verən Naabzadə, Əfqanıstanın yeni ulduzu olduğu üçün çox xoşbəxt olduğunu söylədi.
Qaynaq: news.qaynar.info



