

Ömrünüzdə uçan maşin heç gördünüz mən özümdə görməmişəm 
ama davamin oxusaz bilərsiz nə var nə yox
BUYURUN OXUYUN
“2008-ci il Nyu York Beynəlxalq Avtomobil sərgisi” öz işinə başlayıb. Sərgi martın 30-dək davam edəcək.
Sərgiyə gələnlərin diqqətini daha çox cəlb edən uçan maşın modeli olub. Baxmayaraq ki, bu nəqliyyat vasitəsi hələ işlənib hasırlanma mərhələsindədir və əslində hələlik uça bilmir. Milner Motorz şirkətinin rəhbəri Ceyms Milner ümid edir ki, onun uçan avtomobili ərsəyə gətirmək arzusu bir-iki ilə həyata keçəcək. Ceyms Milner deyir ki, bu yeni avtomobil sürət yığaraq qanadlarını açır və yerə endikdən sonra onları qatlalayaraq yenidən adi avtomobilə çevrilir. 2008-ci il Nyu York Beynəlxalq Avtomobil sərgisində “Ford” və “Mercedes-Benz” kimi müxtəlif geniş tutumlu və sürətli maşınlara maraq böyük olsa da, bu ilin ən çox diqqət çəkən avtomobilləri öz yığcamlığı, eyni zamanda kifayət qədər böyük tutumu və yanacaqdan qənaətli istifadəsi ilə seçilir.
Ford şirkətinin hazırladığı yeni taksi prototipi də Nyu Yorkluların böyük marağına səbəb olub. Hündürlüyü 183 sm olan bu model indi taksi kimi istifadə olunan “Ford Kraun Viktoriya”dan daha balacadır. Modelin ətraf mühitin çirklənməsi ilə bağlı göstəriciləri “Ford” şirkətinin bu sahədə də uğura imza atdığını təsdiqləyir.
Mənbə: AzTV



