
Gənc Liderlər Məktəbinin təşkilində başlıca məqsəd gənclərin liderlik bacarığının inkişaf etdirilməsi ilə gənclərin bərabərhüquqlu iştirak hüququnun tanınması və təmin edilməsi, gənclərin Gənclər Siyasəti, yerli və beynəlxalq gənclər təşkilatları haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsi, gənclərin ictimai mövqelərinin düzgün istiqamətləndirilməsi, gənclərin hüquqi demokratik dövlət quruculuğu prosesində iştirakının stimullaşdırılmasından ibarətdir.
Müsabiqə yolu ilə Gənc Liderlər Məktəbində iştrak etmək üçün özünün liderlik bacarığını inkişaf etdirmək, cəmiyyətimizin inkişafına tövhə vermək istəyən 16-24 yaşlı 50 nəfər gənc seçilmişdir. Tədbirdə Bakıda təhsil alan gənclərlə yanaşı Xanlar, Ağdaş və Lənkərandan da gənclər iştirak etmişlər.
Gənc Liderlər Məktəbinin dinləyiciləri millət vəkilləri Fuad Muradov, Əkrəm Abdullayev, Adil Əliyev, Rövşən Rzayev, Rüfət Quliyev, Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim, tibb elmlər doktoru Vüqar Yaqubov, Mc Donalds Restoranlar Şəbəkəsinin icraçı direktoru Maqsud Mirzəyev, Radio Antennin prezidenti Rüstəm Əliyev, sahibkar Fərid Novruzi ilə birlikdə müasir gəncin malik olmalı olduğu keyfiyyətləri, cəmiyyətə faydalı olmağı və uğur əldə etməyin yollarını müzakirə etmişlər.
Gənc Liderlər Məktəbinin növbəti görüşü aprel ayına nəzərdə tutulur./Presspost/
Qaynaq: yenicag.az



