Reklam verin!

Dünya Azərbaycanlilari Konqresinin Mətbuat Xidmətinin Muraciəti

Mart 15, 2008 16:39

Əziz və hörmətli soydaşlarımız!

Bildiyiniz kimi 04.03.2008-ci il tarixdə Dünya Azərbaycanlıları Konqresi İdarə Heyyəti üzvləri toplanaraq DAK-da gedən bəzi məsələlərlə bağlı müzakirələr aparılmış, ciddi qərarlar qəbul edilmişdir. Bunlardan biri kimi DAK sədri Qulmarza Səbri Təbrizinin istefa məsələsi gündəliyə salınmış və təşkilatda buraxdığı səhflərə, nizamnamədənkənar addımlarına görə tutduğu vəzifəsindən uzaqlaşdırılmışdır.


Nəzərinizə çatdıraq ki, iclasda 16 İdarə Heyyəti üzvlərindən 11-i iştirak etmiş və iclasın keçirilməsi üçün tam yetərsay alınmışdır. Beləliklə 11 nəfərin də lehinə olduğu bu iclasda Qulamrza Səbri Təbrizi tutduğu sədr vəzifəsindən kənarlaşdırılmışdır.Bir müddətdir ki, yahoo qruplara, müxtəlif mətbu orqanlara internet vasitəsi ilə DAK Mətbuat Xidməti adından heç bir əsasa söykənməyən, qərəzli məlumatlar yayılmaqdadır. Müəyyən bir qrup özünün birləşmə tərəfdarı kimi cəmiyyətə təqdim edir, sədrlə bağlı məlum qərarı qəbul edən heyyət üzvlərini və DAK rəhbərliyini parçalanma siyasəti aparmaqda təqsirləndirir yalnış informasiya yaymaqdadırlar. Bilməlisiniz ki, DAK  İdarə Heyyətinin heç bir üzvü parçalanma siyasətini qəbul etmir əksinə, nəinki DDAK-la bütün diaspora təşkilatları ilə birləşmənin bir araya gəlməsinin tərəfdarıdır. DAK rəhbərliyi qurultaya qədər birləşmə üçün zəruri addımları atmaq, bu istiqamətdə danışıqların aparılmasını davam etdirmək niyyətindədir.

Bir daha bəyan edirik ki, www.dak.az saytı Konqresin rəsmi statusunu daşımır. Bu saytda gedən məlumatların DAK-a, DAK rəhbərliyinə heç bir aidiyyatı yoxdur.

DAK-la bağlı bütün məlumatları yeni yaradılmış DAK Mətbuat Xidmətindən ala bilərsiniz.

Hörmətlə,

DAK Mətbuat və İnformasiya Mərkəzi

Ünvan: Bakı ş, Neftçilər prospekti 131

Əlaqə telefonları:

Ofis: (+99412)   493 50 31 

Mobil: (+99450) 6869306

dak.metbuat@yahoo.com


ibrahim.tabriz@box.az


ibrahim | Azərbaycan | Şərhlər(0) | Baxış sayı: 107| | Bookmark and Share | Tiklayin |

Açar sözlər: dünya 


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha